İran günəş batareyaları istehsal edən ölkələr sırasına qoşulub
-
günəş batareyaları
İranın bərpa olunan enerjilər və elektrik məhsuldarlığı təşkilatının sözçüsü bildirib ki, İranda lk günəş batareyaları istehsalı xətti işə salınıb və beləliklə, İran bu təchizatı istehsal edən ölkələr sırasına qoşulub.
SəhərAzəri-nin məlumatına əsasən, Cəfər Məhəmmədnejad Siqarudi cümə axşamı günü öz şəxsi instaqram səhifəsində İranda ilk günəş batareyaları istehsalı xəttinin açılışı ilə bağlı video yayıb və yazıb ki, İranda bir ilk olan bu istehsal xətti energetika naziri tərəfindən istifadəyə verilib.
İranın bərpa olunan enerjilər və elektrik məhsuldarlığı təşkilatının sözçüsü əlavə edib: Bu xəttin yaxın bir-iki ildə təkmilləşdirilməsi, ildə 1500 meqavat günəş panellərinin istehsalına imkan yaradacaq.
Məhəmməd Nejad Siqarudi vurğulayıb: Bu infrastruktur addım çirklənmənin olmadığı yaşıl elektrik enerjisi istehsalı səmtinə atılan son dərəcə mühüm addım ola bilər.