Əmir Abdullahian: "Böyük Peyğəmbər" təlimi qonşu ölkələrə qardaşlıq mesajı daşıyırdı"
Dek 25, 2021 15:31 Asia/Baku
İranın xarici işlər naziri “Böyük Peyğəmbər 17” hərbi təliminin dost və qonşu ölkələrə qardaşlıq və təhlükəsizlik mesajı verdiyini söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian öz instaqram səhifəsində İslam İnqilabının Ali Məqamlı Rəhbərinin silahlı qüvvələr haqqındakı bəyanatlarının bir hissəsini yenidən dərc edərək, "Böyük Peyğəmbər" təliminə işarə edib və yazıb: İran İslam Respublikası qüdrətli bir ölkə olaraq, həmişə regionda sülh və sabitliyin carçısı olub və "Böyük Peyğəmbər" hərbi təlimləri İslami vətəni müdafiə etmək və bu torpağın düşmənlərinə qətiyyətli cavab verməkdə sarsılmaz əzmin təzahürü olmaqla yanaşı dost və qonşu ölkələr üçün qardaşlıq və təhlükəsizlik mesajı daşıyırdı".