Xətibzadə: "General Süleymaninin terror edilməsi dövlət terrorizminin nümunəsi idi"
-
Səid Xətibzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın general Süleymaninin Terror edilməsindəki hərəkətini terror hücumu və dövlət terrorizminin nümunəsi kimi dəyərləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bazar ertəsi keçirdiyi həftəlik mətbuat konfransında general Süleymaninin şəhadətinin ikinci ildönümünün yaxınlaşdığını xatırladaraq, deyib: "ABŞ-ın general Süleymaninin Terror edilməsindəki hərəkəti terror hücumu və dövlət terrorizminin nümunəsi idi ki, mütəşəkkil bir şəkildə ABŞ hökuməti və bu ölkənin o zamankı prezidenti donald Tramp tərəfindən hazırlanıb, həyata keçirildi".
Xətibzadə, həmçinin ABŞ hökumətinin bu vəhşi cinayətə görə beynəlxalq hüquqi məsuliyyət daşıdığını və İranın bu terror aktının sifarişçiləri, icraçıları və müşavirlərinin ədalət qarşısında cavab verməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Vyana danışıqlarının yeni raundunun başlandığına da toxunub və deyib: "Vyana danışıqlarında bizim baxışımız həmişə gələcəyə hesablanıb və qarşı tərəfə tövsiyəmiz Vyanaya yaxşı razılaşma əldə etmək əzmi ilə gəlməkdir".