Sionist rejimin danışmaqdan başqa bir gücü yoxdur
-
General pasdar Ramazan Şərif
Sepah-ın sözçüsü deyib ki, bu gün sionist rejim ötən illərlə müqayisədə özünün ən aşağı səviyyəsində durur və danışmaqdan başqa bir gücü yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, General pasdar Ramazan Şərif əlavə edib: Sionist rejim başçıları öz əməliyyatlarında həlledici zərbədən danışardılar, lakin İranla qarşılaşmada min bıçaq zərbəsindən söhbət edirlər ki, bu, xalqın müqaviməti və şəhidlərin qanlarının nailiyyəti və məhsuludur.
General pasdar Şərif sonra belə deyib: Düşmən bizim nailiyyətlərimizi əhəmiyyətsiz, çatışmazlıqları isə mühüm göstərməyə çalışır və bu xasiyyət, onların inqilaba qarşı həmişəki düşmənçiliyidir.
Sepah-ın sözçüsü əlavə edib: Amerikalıların modern raketi iranlı gənclərin təchizatları ilə problemlə üzləşərkən dünya İranın qüdrətini dərk etdi.