Müsəlmanlar məşum fitnə üçbucağı qarşısında ayıq olmalıdırlar
https://azeri.sahartv.ir/news/İran-i384556-müsəlmanlar_məşum_fitnə_üçbucağı_qarşısında_ayıq_olmalıdırlar
Dünya şiələrinin təqlid mərcəyi müsəlmanları məşum fitnə üçbucağı qarşısında ayıq olmağa çağırıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 29, 2021 11:03 Asia/Baku
  • Ayətullah Nuri Həmədanı
    Ayətullah Nuri Həmədanı

Dünya şiələrinin təqlid mərcəyi müsəlmanları məşum fitnə üçbucağı qarşısında ayıq olmağa çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Nuri Həmədanı müsəlmanlar arasında təfriqə yaratmaq üçün düşmənlərin İslam ölkələrindəki fitnələrinə toxunaraq, deyib: "Bu gün ABŞ və dünya sionizmi İslam ölkələrində fitnələri davam etdirməyə çalışırlar, belə ki, görürük ki, hər yerdə müsəlman ölkəsi varsa, orada təfriqə və iğtişaşlar da təbliğ olunur". 

Ayətullah Nuri Həmədani əlavə edib: "İslam ölkələrində fitnə yaratmaq üçün ABŞ planlar qurur, Səudiyyə Ərəbistanı xərcləyir, İsrail isə onu icra edir".

İslamın mükəmməl və əhatəli bir din olduğunu bəyan edən dünya şiələrinin təqlid mərcəyi qeyd edib ki, bu gün vəhdət əsas məsələdir və müsəlmanların birliyinə xələl gətirilməməlidir.