İran XİN:"General Süleymaninin terrorunun günahkarları məhkəməyə veriləcək"
-
İran XİN
İranın Xarici İşlər Nazirliyi Bildirib ki, İran İslam Respublikası şəhid Qasim Süleymaninin terrorunun sifarişçiləri və günahkarlarını məhkəmə qarşısına çıxaracaq.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın "Qüds" qüvvələrinin sabiq komandanı general-leytenant Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində İran Xarici İşlər Nazirliyi özünün "Twitter" səhifəsində bir video paylaşaraq, yazıb: "General Süleymaninin ABŞ prezidentinin birbaşa göstərişi ilə terror edilməsi dövlət terrorizminin bariz nümunəsidir".
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bazar ertəsi keçirdiyi həftəlik brifinqdə general Süleymaninin terror edilməsindən sonra görülən tədbirləri şərh edərək, deyib: "Terrorizmlə mübarizənin önündə gedən bir şəxsə qarşı terror hücumu ikili standart və terrorizmlə mübarizə iddiaçılarının yalanlarının başqa bir nişanəsi hesab olunur".