«Simurq» süni peyk daşıyıcısının uğurlu buraxılışı
https://azeri.sahartv.ir/news/İran-i384606-simurq_süni_peyk_daşıyıcısının_uğurlu_buraxılışı
«Simurq» süni peyk daşıyıcısı üç tədqiqat yükünü uğurla kosmosa göndərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2021 13:25 Asia/Baku
  • Simurq
    Simurq

«Simurq» süni peyk daşıyıcısı üç tədqiqat yükünü uğurla kosmosa göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, İran müdafiə nazirliyinin kosmonavtika məsələləri üzrə sözçüsü Seyid Əhməd Hüseyni bu haqda belə deyib: İranın yerli kosmonavtika bacarığına nail olmasından və Səfir və Qasid peyk daşıyıcıları ilə kiçik peyklər buraxmaq qabiliyyətinin yaranmasından sonra daha yüksək qabiliyyətli buraxıcıların inkişaf etdirilməsi nəzərdə tutuldu və «Simurq» süni peyk daşıyıcısı ölkənin komos sənayesinin proqramında yer aldı.

Hüseyni «Simurq» süni peyk daşıyıcısının fəaliyyəti barədə belə deyib: Bu buraxılışda kosmodromun detallarının fəaliyyəti və peykin buraxılması etapları düzgün surətdə həyata keçirildi və sonda bu buraxılışda nəzərdə tutulan araşdırma hədəfləri reallaşdı.

O, qeyd edib ki, bu kosmik araşdırma tapşırığında ilk dəfə olaraq, üç araşdırma yükü eyni vaxtda 470 kilometrlik yüksəkliyə və saniyədə 7350 metr sürətlə buraxıldı və həyata keçdi.

İranın «Simurq» süni peyk daşıyıcısı 250 kiloqramadək olan peykləri yerin 500 kilometrlik orbitində yerləşdirmək qüdrətinə malikdir.