İnqilab Rəhbərinin müraciəti
https://azeri.sahartv.ir/news/İran-i384818-İnqilab_rəhbərinin_müraciəti
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Fatimeyi-Zəhra səlamullah əleyhanın şəhadəti günündə bütün İslami İranda 250 naməlum əsgərin dəfn mərasiminin keçirilməsi münasibətilə müraciət veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2022 16:55 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri
    İslam İnqilabının Böyük Rəhbəri

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Fatimeyi-Zəhra səlamullah əleyhanın şəhadəti günündə bütün İslami İranda 250 naməlum əsgərin dəfn mərasiminin keçirilməsi münasibətilə müraciət veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xameneinin müraciətində deyilir: Naməlum şəhidlərə salam olsun! Yer üzərindəkilər üçün naməlum, göylərdəkilər üçün isə tanınmış şəxslər. Şəhid olduqları andan uzun illər keçəndən sonra İslami İranı mənəviyyat və cihad ətri ilə rayihələndirən,/ İslam və Quran yolunda axıdılmış qanlarla fəxr edən bayrağı əvvəlkindən daha çox dalğalandıran fədakarlar…

İslam İnqilabının Böyük Rəhbərinin müraciətində daha sonra deyilir: Mənzilə geri dönmüş bu müsafirlərin dəfn mərasiminin Siddiqeyi-Tahirə(s.ə)-nın şəhadəti gününə təsadüf etməsi, onlardan İrana çatacaq böyük bir faydanı müjdə verir.

Müqəddəs Müdafiənin 250 naməlum şəhidinin əzəmətli dəfn mərasimi bu gün, Həzrət Fatimeyi-Zəhra səlamullah əleyhanın şəhadəti günündə bütün İslami İranda keçirilib.