Sepah-ın baş komandanı: "Düşmən İranın koronavirusla mübarizədə məğlub olacağını düşünürdü"
https://azeri.sahartv.ir/news/İran-i384946-sepah_ın_baş_komandanı_düşmən_İranın_koronavirusla_mübarizədə_məğlub_olacağını_düşünürdü
İran İslam İngilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı vurğulayıb: "Düşmən İranın koronavirusla mübarizədə məğlub olacağını düşünürdü".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2022 18:40 Asia/Baku
  • General-mayor Hüseyn Səlami
    General-mayor Hüseyn Səlami

İran İslam İngilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı vurğulayıb: "Düşmən İranın koronavirusla mübarizədə məğlub olacağını düşünürdü".

SəhərAzəri-nin məlumatına əsasən, General-mayor Hüseyn Səlami koronavirusla mübarizədə Şəhid Süleymani adına milli səfərbərlik planında iştirak edənlərin şərəfinə keçirilən konfransda deyib: "Koronavirus, sanksiya, hərbi təhdid və hədə-qorxu, hərtərəfli psixoloji müharibə, iqtisadi blokada və hətta quraqlığın kəsişdiyi yerdə bu xəstəliyə düçar olduq.Düşmən İranda, onu döyüş meydanına çevirdi ki, biz təslim olaq və onlar şad olsunlar". 

Sepah-ın baş komandanı əlavə edib: "Xəstəliyin başlanğıcında düşmən iddia edirdi ki, İran sanksiyalar altında bu xəstəlikdən xilas ola bilməyəcək, amma biz bacardıq".