Nüvə alimlərinə qarşı terror cinayəti cəzasız qalmayacaq
-
Kazim Qəribabadi
Kazim Qəribabadi İranın nüvə alimi doktor Əhmədi Rövşənin şəhadətinin 10-cu ildönümünə toxunaraq, bildirib ki, insan haqlarının açıq şəkildə pozulmasının bariz nümunələrindən biri kimi İranın nüvə alimlərinə qarşı terror cinayəti cəzasız qalmayacaq.
SəhərAzəri-nin məlumatına əsasən, İran Məhkəmə Sisteminin beynəlxalq məsələlər üzrə sədr müavini eyni zamanda İranın İnsan Haqları Qərargahının katibi, Kazim Qəribabadi özünün Tvitter hesabında yazıb: "Bu gün ölkəmdə qürur mənbələrindən biri, dinc məqsədli nüvə biliyinin təkmilləşdirilməsi və lokallaşdırılmasında yorulmaz mücahid olan görkəmli alim doktor Əhmədi Rövşənin şəhid olmasının onuncu ildönümüdür. insan haqlarının açıq şəkildə pozulmasının bariz nümunələrindən biri kimi İranın nüvə alimlərinə qarşı terror cinayəti cəzasız qalmayacaq".