İran qonşu ölkələrlə səyahət qadağalarını ləğv edib
https://azeri.sahartv.ir/news/İran-i385001-İran_qonşu_ölkələrlə_səyahət_qadağalarını_ləğv_edib
İranın daxili işlər naziri qonşu ölkələrlə səyahət məhdudiyyətlərinin aradan qaldırıldığını açıqlayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 12, 2022 11:08 Asia/Baku
  • Əhməd Vəhidi
    Əhməd Vəhidi

İranın daxili işlər naziri qonşu ölkələrlə səyahət məhdudiyyətlərinin aradan qaldırıldığını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İRİB-in məlumatına görə, İranın daxili işlər naziri Əhməd Vəhidi deyib: "Qonşu ölkələrlə məhdudiyyətlər normal vəziyyətə qayıdıb və PCR testləri mənfi olan şəxslər ölkəyə daxil ola bilərlər".

Daxili işlər naziri bildirib ki, koronavirusun nəzarətə götürüldüyü bəzi ölkələrdən də hava nəqliyyatı ilə İrana səfər məhdudiyyəti aradan qaldırılıb. Lakin bəzi Avropa ölkələri, o cümlədən Britaniya və Fransadan İrana hava nəqliyyatı ilə səfər hələlik qadağandır.

Əhməd Vəhidi əlavə edib: "Digər ölkələrin məhdudiyyətləri nəzərdən keçirilir və təbii ki, omikron ştamının yayılma səviyyəsi artan ölkələrlə bağlı məhdudiyyətlər artırıla bilər".

Vahidi qeyd edib ki, quru sərhədlərdə gediş-gəliş yalnız səhiyyə protokollarına riayət etməklə, peyvənd olunduqlarını təsdiqləyən sənəd və mənfi PCR testi ilə mümkündür.