İranın yol və şəhərsalma naziri Bəşşar Əsəd ilə görüşüb
-
Rüstəm Qasimi və Bəşşar Əsəd
Yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayiəti ilə Dəməşqə səfər etmiş İranın yol və şəhərsalma naziri Suriya prezidenti ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi və Suriya prezidenti Bəşşar Əsəd çərşənbə günü baş tutan bu görüşdə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Rüstəm Qasimi Dəməşqə daxil olarkən İran hökumətinin Suriya ilə iqtisadi və ticarət əməkdaşlığını inkişaf etdirmək üçün ciddi iradəyə malik olduğunu bildirib.
Qasimi səfər çərçivəsində Suriyanın bir sıra yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkənin baş naziri Hüseyn Ərnus, Suriyanın xarici işlər naziri Feysəl Miqdad, Suriyanın iqtisadiyyat naziri Samir Əl-Xəlil, Suriyanın nəqliyyat naziri Zəhir Xəzim, Suriya Mərkəzi Bankının rəhbəri İssam Həzimə, eləcə də Suriyanın əmək və mənzil naziri Süheyl Əbdüllətif ilə görüşüb, danışıqlar aparacaq.