Tehran-Pekin müqaviləsinin yanaşması uduş-uduş olacaq
https://azeri.sahartv.ir/news/İran-i385115-tehran_pekin_müqaviləsinin_yanaşması_uduş_uduş_olacaq
İran İslam Respublikasının xarici işər naziri İran və Çinin əhatəli strateji müqaviləsinin iki xalqın maraqları istiqamətində olduğunu vurğulayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 16, 2022 08:29 Asia/Baku
  • Hüseyn Əmir-Abdullahiyan
    Hüseyn Əmir-Abdullahiyan

İran İslam Respublikasının xarici işər naziri İran və Çinin əhatəli strateji müqaviləsinin iki xalqın maraqları istiqamətində olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Çinin CGTN telekanalına müsahibə verən Hüseyn Əmir-Abdullahiyan bildirib ki, Çinə səfərdə öz çinli həmkarı ilə ortaq hədəfləri gündəmdə qərar verib.

O, belə deyib: Tehran-Pekin əlaqə və münasibətləri bütün sahələrdə genişlənməkdədir və iki ölkənin 25 illik strateji iştirak və əməkdaşlıqları «uduş-uduş» yanaşması ilə olacaq.

İranın diplomatiya aparatının başçısı əlavə edib: 25 illik Tehran-Pekin müqaviləsində iki xalqın maraqları istiqamətində olan bütün məsələləri yerləşdirmişik və cümə günündən qüvvəyə minən bu müqavilədə Tehran və Pekin mənfəət qazanacaqlar.

Əmir-Abdullahiyan Vyana müzakirələrindəki fəal tərəflərdən biri kimi Çinin nümayəndəsinin adını çəkib. Bildirib ki, o, İranın dinc məqsədli nüvə hüquqları ilə bağlı konstruktiv və himayəedici rola malikdir və İran əleyhinə zalımcasına sanksiyaların ləğvi zərurətinə təkid edir.

İran İslam Respublikasının xarici işər naziri Hüseyn Əmir-Abdullahiyan Çinin xarici işər naziri «Van İ»nin rəsmi dəvətilə cümə axşamı günü yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyətilə Çinə yola düşüb.