İranın baş müzakirəçisi Baqiri Vyanaya gedib
-
Əli Baqiri Kəni
İranın baş müzakirəçisi 4+1 ölkələri ilə qeyri-qanuni sanksiyaların ləğvi ilə bağlı müzakirələri davam etdirmək üçün Avstriyanın paytaxtı Vyanaya yola düşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Cümə günü Tehrana qayıtmış İranın müzakirə heyətinin rəhbəri Əli Baqiri Kəni 4+1 qrupu ölkələrinin nümayəndələri ilə danışıqları davam etdirmək üçün bu gün səhər (bazar ertəsi) Vyanaya gedib.
İranın baş diplomatı Tehranda olduğu iki gün ərzində bütün diplomatik, texniki və ixtisaslaşdırılmış aparatlarla koordinasiya və məşvərət görüşləri keçirib.
Bu gün səhər saatlarından etibarən Vyanada İran və 4+1 qrupu ölkələri və Avropa İttifaqının koordinatoru arasında rəsmi görüşlər və müxtəlif işçi qrupları bərpa olunacaq.
Nüvə müzakirələrinin səkkizinci raundunda əldə olunan razılaşmaya əsasən, İranın baş müzakirəçisi və üç Avropa ölkəsinin nümayəndələri bəzi məsləhətləşmələr üçün cümə günü axşam öz ölkələrinə qayıdıblar.