Yan 18, 2022 13:16 Asia/Baku
  • enerji xidmətləri
    enerji xidmətləri

Qaz sənətində mühəndislik və texniki xidmətlərin ixracatı üçün İran ilə Rumıniya arasında anlaşma sənədinin imzalanması ilə İran ilk dəfə olaraq Avropaya enerji xidmətləri ixrac edənlər sırasına qoşuldu.

SəhərAzəri-nin məlumatına əsasən, Bu anlaşma sənədində qərara alınıb ki, İranın mühəndislik və qaz inkişafı şirkəti Rumıniyada qaz ehtiyatı anbarlarının inkişaf etdirilməsi, qazın təzyiqinin gücləndirilməsi, qaz nəqli xətlərinin inşası və mühəndislik xidmətlərinin göstərilməsi sahələrində Rumıniya şirkətilə lazımi həmkarlıqları etsin.

İranın mühəndislik və qaz inkişafı şirkətinin icraçı direktorunun bildirdiyinə görə, bu memorandumu imzalamaqda məqsəd, qaz boru xətləri, elektrik stansiyası və qaz emalı zavodunun inşası imkanlarının öyrənilməsi kimi müxtəlif sahələrdə anlaşma və birgə investisiya fürsətlərinin araşdırılmasıdır.

İran minlərlə kilometr qaz nəqli xətləri və qaz təsisatları ilə bu sahədə çox təcrübəli ölkələrdən biridir və İranda qaz təminatı layihələrinin icrasına lazım olan əksər vəsaitlər üçün daxili istehsal imkanı mövcuddur.

 

Teqlər