Yan 19, 2022 13:53 Asia/Baku
  • İran İslam Respublikası prezidenti Moskvaya daxil olub

Rusiya prezidentinin rəsmi dəvəti ilə bu ölkəyə səfər etmiş İran İslam Respublikası prezidenti Moskva hava limanına daxil olub.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətini Moskva hava limanında Rusiyanın energetika naziri və İran-Rusiya Birgə İqtisadi Komissiyasının rusiyalı həmsədri Nikolay Şulqinov qarşılayıblar.

Rəsmi qarşılanma mərasimində İran və Rusiyanın dövlət himnləri səsləndirilib. Sonra İran İslam Respublikası prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib.  

Prezident Rəisi Moskvaya iki günlük səfəri çərçivəsində ilk dəfə Rusiya lideri Putinlə görüşəcək.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinin rəsmi dəvəti ilə yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə çərşənbə günü Moskvaya səfər edib.

Səfərdə prezidenti İranın xarici işlər, neft və iqtisadi məsələlər və maliyyə nazirləri müşayiət edir.

Bundan əvvəl İran İslam Respublikası prezidenti, hökumətin qonşular və region ölkələri ilə əlaqələri maksimuma çatdırmaq siyasətinə uyğun olaraq, Tacikistan və Türkmənistana səfər etmişdi.

Teqlər