Yan 19, 2022 20:27 Asia/Baku
  • İran və Rusiya prezidentləri
    İran və Rusiya prezidentləri

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Reyisi Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə görüşdə deyib: "Sanksiya təhdidləri İranın irəliləməsinə mane olmayacaq".

SəhərAzəri-nin məlumatına əsasən, prezident Seyid İbrahim Rəisi bu görüşdə deyib: "Rusiya ilə əlaqələrin genişləndirilməsi ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur və Moskva ilə strateji əlaqələrin qurulmasının tərəfdarıyıq".

 İran prezidenti həmçinin bildirib ki, strateji tərəfdaşlıq sənədləri 20 illik münasibətlər üçün perspektivlər müəyyən edə bilər.

"Biz Rusiya ilə ticari əlaqələrimizin həcmini artırmaq istəyirik və bu istiqamətdə əlimizdən gələni edəcəyik", - deyə o, əlavə edib.

İran prezidenti daha sonra deyib : "Biz İrana qarşı sanksiyaları ləğv etməyə çalışırıq və ümid edirik ki, bu, sanksiyaların ləğvinə gətirib çıxaracaq. Amma sanksiya təhdidləri İranın irəliləyişinə mane ola bilməz".

"Bizim Suriyada terrorla mübarizədə Rusiya ilə əməkdaşlıqda yaxşı təcrübəmiz var. Bu, qarşılıqlı münasibətlərin əsasını təşkil edə bilər", - deyə İran prezidenti əlavə edib.

Rusiya prezidenti Vladimir Putin isə İran və Rusiyanın dəstəyinin Suriya torpaqlarında terror təhlükələrinin aradan qaldırılmasına kömək etdiyini bildirib.

Putin pandemiya ilə bağlı çətin şərtlərə baxmayaraq, keçən il iki ölkə arasında ticarət dövriyyəsinin 6 faiz artdığını bildirib.

Rusiya prezidenti həmçinin bildirib ki, iki ölkə arasında nəhəng ikitərəfli layihələr həyata keçirilir və tərəflər müxtəlif sahələrdə əməkdaşlıq edirlər.

"Biz beynəlxalq arenada sıx əməkdaşlıq edirik. Hər iki ölkənin səyləri ilə beynəlxalq terrorizmlə mübarizədə Suriyaya kömək edə bildik", - deyə o, vurğulayıb.

Putin həmçinin Əfqanıstandakı vəziyyətin hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Putin daha sonra deyib: "Müvəqqəti razılaşma əsasında İran və Avrasiya İqtisadi Birliyi arasında əlaqələr inkişaf edəcək və biz onun daimi olması üçün çalışırıq. İran Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvüdür və mən Zati-alilərindən Birgə Hərtərəfli Fəaliyyət Planı haqqında fikirlərini soruşmaq istərdim".

Rusiya prezidenti, həmçinin qeyd edib ki, iki xalqın gələcək üçün gündəmində müxtəlif məsələlər var.

Putin prezident Reyisi ilə görüşündən çox məmnun qaldığını bildirib və Rəisidən onun ən xoş arzularının və səmimi salamlarını İran İslam Respublikasının Rəhbəri Həzrət Ayətullahül-üzma Seyid Əli Xameneiyə çatdırmağı xahiş edib.

Prezident Seyid İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə bu gün səhər saatlarında Moskvaya gedib. Rəisi Moskvaya iki günlük səfəri zamanı Rusiyada yaşayan İran vətəndaşları ilə görüşəcək, həmçinin Rusiya Dumasının Məclisində çıxış edəcək.

 

Teqlər