Prezident Rəisi Moskvada iranlılarla görüşündə:
Ölkə xaricindəki iranlılar İran səfirləridirlər
İran İslam Respublikasının prezidenti vurğulayıb ki, ölkə xaricindəki iranlılar İran səfirləridirlər.
Seyid İbrahim Rəisi Moskvaya səfər proqramlarının davamında Rusiyada yaşayan bir qrup iranlı ilə görüşüb.
Bu görüşü bir fürsət adlandıran Rəisi deyib: Birgə həmkarlıqların genişləndirilməsi və yüksəldilməsi yolundakı maneə və problemlərin aradan qaldırılması üçün ciddi iradə mövcuddur.
Rəisi əlavə edib: Rusiya prezidenti Vladimir Putinlə görüşün bir hissəsi iki ölkənin iqtisadi sahələrdəki məsələlərinə və əlaqələrin genişləndirilməsinə ayrılmışdı, digər bir hissəsi isə İran və Rusiyanın regiondakı güclü rolları və beynəlxalq məsələlər ilə əlaqədar idi.
İran prezidenti həmçinin deyib: Bu görüş və danışıqlardan belə bir qənaət əldə olundu ki, hər iki ölkənin məsul şəxsləri problemləri aradan qaldırmaq və əlaqələri genişləndirmək niyyətindədirlər.
Rusiya bazarlarında İranın ticarət malları üçün münasib zəminin yaradılması imkanına işarə edən Rəisi qeyd edib ki, Rusiya prezidenti İranın həmin ölkənin bazarındakı payının mütləq şəkildə yüksələ biləcəyini vurğulayıb.
Ötən aylarda bəzi ölkələrlə əlaqələr səviyyəsinin qalxmasına toxunan Rəisi deyib: Statistikalar göstərir ki. İranın məsul şəxsləri və iş adamlarının ciddi-cəhdləri ilə ixracat artıbdır.
Rəisi əlavə edib: Dünyanın hər bir yerində olan bütün iranlıların baxışları İranın inkişafı və tərəqqisinə yönəlməlidir və onlar öz bacarıqlarını təşəbbüsə sərf etməlidirlər.
İran prezidenti söyləyib: Elm, mədəniyyət və incəsənət sahələrində, həmçinin müqavimət meydanındakı böyük iranlı kişi və qadınlar düşmən qarşısında tarix yaratdılar ki, onlarla fəxr etmək olar.
İranın siyasətinin bütün dünyaya baxışa söykənən müvazinətli siyasət olduğunu vurğulayan Rəisi bildirib ki, İran və Rusiyanın iradəsi hər iki ölkənin imkanlarının fəallaşdırılmasına köklənib.