Yan 21, 2022 14:06 Asia/Baku
  • Ümid edirəm ki, Rusiya səfəri əlaqələrin yüksəlişi üçün dönüş nöqtəsi olacaq

İran İslam Respublikasının prezidenti bu gün səhər saatlarında Tehrana daxil olarkən ümidvarlıq edibdir ki, Rusiyaya səfəri dost və qonşu Rusiya ölkəsi ilə əlaqələrin yüksəlişi üçün bir dönüş nöqtəsi olacaq və bu əlaqələr məcmuəsi beynəlxalq və regional böhranların aradan qaldırılmasına, bölgədə təhlükəsizlik səviyyəsinin yüksəlilşinə kömək edəcək.

Müxbirlərə müsahibə verən Seyid İbrahim Rəisi Rusiyaya səfərinin nailiyyətləri barədə belə deyib: Bu səfərdə qaldırılan məsələlər İran İslam Respublikasının xarici siyasətinin iri hədəflərinin reallaşması, yəni İranla eyni istiqamətli və müttəfiq ölkələr xüsusiyyət təşkil etməklə dünya ölkələrilə maksimum anlaşma istiqamətində olub.

Bu səfərdə iki ölkə arasında faydalı, stabil və hərtərəfli əlaqələrin genişləndirilməsi üçün əsaslı razılaşmanın əldə olunduğunu diqqətə çəkən ölkə prezidenti qeyd edib ki, şübhəsiz, Rusiya ilə əlaqələrin inkişafı, iki xalqın təhlükəsizliyi və rifahına kömək edəcək.

Rəisi onu da qeyd edib ki, Tehran-Moskva ikitərəfli əməkdaşlıqlarının genişlənməsi mütləq şəkildə bölgə və beynəlxalq arena üçün təhlükəsizlik yaradacaq.

İran İslam Respublikasının prezidenti bildirib ki, bu səfərdə iki ölkə arasında pul və bank məsələsi barədə də danışıqlar aparılıb. O, deyib ki, iki ölkə dolların pul və bank əlaqələri üzərindəki hökmranlığını sındırmaq istiqamətində addım ata və öz mübadilələrini milli pul vahidi ilə həyata keçirə bilər.

Rəisi neft və qaz, həmçinin iqtisadi sahə daxil olmaqla müxtəlif sahələrdə iki ölkə arasında əldə olunmuş razılaşmalara işarə edib: Hal-hazırda İran ilə Rusiya arasında ticarət anlaşmaları səviyyəsi qənaətbəxş deyil. Buna görə, iki ölkə razılaşdı ki, ilk addımda qarşılıqlı ticarət anlaşmalarını ildə on milyard dollara qaldırsın.

İran İslam Respublikasının prezidenti bildirib ki, İran və Rusiyanın həmkarlıqları ədalət, sülh, sabitlik və təhlükəsizliyin yüksəldilməsinə, regional böhranlar və beynəlxalq məsələlərin həllinə kömək edə bilər.

O, bu istiqamətdə belə qeyd edib: Bu gün İslami İranın müstəqil və qüdrətli bir ölkə kimi regiondakı iştirakı təhlükəsizlik yaradan bir iştirakdır və qonşu ölkələr gördülər ki, region üçün təhlükəsizlik problemi yaradan əcnəbilərin iştirakı və müdaxilələrinin əksinə olaraq, İran harada iştirak edibsə, təhlükəsizlik yaradıbdır.

Rəisi sonda Rusiya prezidenti Vladimir Putinlə olan üç saatlıq görüşündə qaldırılan məsələlərin tez bir zamanda icra mərhələsinə keçəcəyinə ümidvarlıq edib və belə söyləyib: İran İslam Respublikasının xarici işlər, neft, həmçinin iqtisadiyyat və maliyyə məsələləri nazirləri də bu səfər əsnasında müxtəlif iclaslar keçirib və rus tərəflərlə yaxşı razılaşmalara nail olublar.