Yan 21, 2022 14:10 Asia/Baku
  • Ayətullah Rəisi Moskva came məscidində namazqılanlarla görüşüb

İran İslam Respublikasının prezidenti Ayətullah Seyid İbrahim Rəisi Moskvaya səfər gedişlində Rusiya müftilər şurasının sədri Ravil Eynəddinin dəvətilə dünən Moskva came məscidinin namazqılanları arasına gəlib və onlarla görüşüb, söhbət edibdir.

Moskva came məscidində namazqılanların qarşısında çıxış edən Ayətullah Rəisi məscidləri Allah-Taalanın yer üzündəki evləri adlandırıb. Bildirib ki, məscidlər fərdi və ictimai istifadəyə malikdirlər və məscidlərdə insanın formalaşmasından, həmçinin Allah-Taala ilə əlaqədən əlavə, müsəlmanların ictimai əlaqələri də formalaşır.

Rəisi deyib: Bu gün dünyada mövcud olan pozğunluq və pis davranışlar buna dəlalət edir ki, insan bu gün Allahı unudubdur.

Ayətullah Rəisi əlavə edib: Fələstin xalqına qarşı yetmiş il zülm və cinayət, Əfqanıstan xalqına qarşı 20 ildən çox qırğın,/ mənəviyyat və əxlaqa malik olmayan siyasətin nəticəsidir.

Mənəviyyatın müsəlmanlar üçün olan önəminə toxunan Rəisi söyləyib: Təkfirilərin Suriya, İraq, Əfqanıstan və Yəməndəki cinayətləri İslam bayrağı ilə həyata keçirilir, halbuki bu iş Amerikanın və sionistlərin planları və dəstəkləri ilə reallaşır.

Ayətullah Rəisi məscidlərin İslam Dünyasındakı mühüm fəaliyyətlərindən birini, aydınlıq gətirmək və təkfiri hərəkətlərin inkişafını cilovlamaq adlandırıb. Vurğulayıb ki, müsəlman olmağın rəmzi, özünü formalaşdırmaq və başqaları qarşısında məsuliyyət qəbul etməkdir.

İran prezidenti həmçinin öz rus həmkarı Vladimir Putinlə olan görüşünə işarə edib: Biz bir çox məsələlərdə ortaq nəzərlərə malik idik və hər iki ölkə ikitərəfli həmkarlıqlar səviyyəsinin yüksəldilməsini istəyir.