"2022 Dəniz Təhlükəsizlik Kəməri" mürəkkəb hərbi təlimləri sona çatıb
"2022 Dəniz Təhlükəsizlik Kəməri" mürəkkəb hərbi təlimləri, təlimdə iştirak edən dəniz bölmələrin İran İslam Respublikasının "Dena" esminesinin qarşısında paradı ilə başa çatıb.
SəhərAzəri-nin məlumatına əsasən, "2022 Dəniz Təhlükəsizlik Kəməri» adlı mürəkkəb hərbi təlimlərinin sözçüsü İkinci dərəcəli kontr-admiral Tacəddini deyib: "Təlimdə iştirak edən, İran İslam Respublikası Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Hərbi Dəniz Qüvvələri, eləcədə Çin və Rusiyanın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər "Dena" esminesinin qarşısından keçiblər.
"Dena", "Cəmaran" və "Nəqdi" esminesləri, "Zireh" və "Təbərzin" adlı idarə olunan raket esminesləri, "Bəhreqan", "Genavə" və Sepah-ın şəhid Naziri gəmiləri, sualtı qayıqları, Çin donanmasından Urumçi esminesi və "Tayxu" logistik dəstək gəmisi, eləcə də Rusiyanın "Yaryaq" kreyseri, "Admiral Tributs" iri sualtı gəmisi və "Boris" tankeri bu dəniz paradında iştirak ediblər.
"2022 Dəniz Təhlükəsizlik Kəməri» adlı mürəkkəb hərbi təlimləri İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın, həmçinin Çin və Rusiyanın dəniz və aviasiya bölmələrinin iştirakı ilə cümə günü səhər saatlarında Hind okeanın şimal hissəsində başlayıb.