"2022 Dəniz Təhlükəsizlik Kəməri" hərbi təlimləri uğurlu olub
İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı "2022 Dəniz Təhlükəsizlik Kəməri" mürəkkəb hərbi təlimlərinin bütün hədəflərinə çatdığını vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Kontr-Admiral Şəhram İrani İran, Rusiya və Çinin iştirakı ilə Hind okeanının şimalında keçirilən "2022 Dəniz Təhlükəsizlik Kəməri" mürəkkəb hərbi təlimlərinin sonunda deyib: "Təlimdə iştirak edən qüvvələr üçün nəzərdə tutulan məşqlər uğurla keçib".
İran ordusu dəniz qüvvələrinin komandanı əlavə edib: "İran ordusu və islam inqilabı keşikçiləri korpusu Sepah-ın hərbi dəniz qüvvələrinin əsas məqsədi vaxtında və yüksək hazırlıqla dəniz sahəsində iştirak idi ki, yaxşı nəticələr əldə olundu".
"Keçən illə müqayisədə təchizatların müxtəlifliyi və təlimdə iştirak edən qoşunların sayının iki qat artması bu ilki təlimlərin ən bariz xüsusiyyətlərindən idi", deyə Kontr-Admiral Şəhram İrani qeyd edib.