İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edib
https://azeri.sahartv.ir/news/İran-i385370-İranın_yol_və_şəhərsalma_naziri_azərbaycana_səfər_edib
İranın yol və şəhərsalma naziri Yol və Şəhərsalma və Xarici İşlər Nazirliklərinin rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş Füzuli şəhərinə səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2022 13:09 Asia/Baku
  • İranın yol və şəhərsalma naziri
    İranın yol və şəhərsalma naziri

İranın yol və şəhərsalma naziri Yol və Şəhərsalma və Xarici İşlər Nazirliklərinin rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş Füzuli şəhərinə səfər edib.

SəhərAzəri-nin məlumatına əsasən, İRİB-in Bakı ofisinin məlumatına görə, İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan Birgə İqtisadi Komissiyanın iranlı həmsədri Rüstəm Qasimi Azərbaycan Respublikasının yüksək səviyyəli rəsmiləri ilə görüşüb, fikir mübadiləsi aparmaq üçün bu ölkəyə səfər edib.

Azərbaycanda İranın nümayəndə heyətini Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və İranın Azərbaycan Respublikasındakı səfiri seyid Abbas Musəvi qarşılayıb.

İranın Azərbaycandakı səfiri deyib: "İşğaldan azad edilmiş Füzuli-Zəngilan və Horadizdə aparılan tikinti layihələri ilə tanışlıq, rabitə və nəqliyyat layihələrinin yekunlaşdırılması, birgə layihələrə investisiya qoyuluşu ilə bağlı dialoq və anlaşma iki ölkə görüşlərinin ən mühüm gündəmindəndir". 

Bakıya iki günlük səfəri çərçivəsində Qasimi Azərbaycan prezidenti İlham Əliyev, bu ölkənin baş nazir müavini Şahin Mustafayev, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə görüşəcək.