Yan 25, 2022 15:38 Asia/Baku
  • Rüstəm Qasimi
    Rüstəm Qasimi

İran İslam Respublikasının yollar və şəhərsalma nazirinin Azərbaycan Respublikasına səfəri çərçivəsində Füzulidən görüş keçirməsi bərpa işlərində İranın da rol oynayacağına eyham vurdu.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının  Yollar və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycan Respublikasına səfərini 13-cü hökumətin qonşu dövlətlərlə əməkdaşlığı genişləndirmək istiqamətindəki hərəkəti kimi qiymətləndirmək olar. 

Azərbaycan Respublikası Milli Nəqliyyat Xidməti Mərkəzinin rəhbəri Anar Rezayev xüsusi olaraq vurğulayıb ki, İranın bu siyasəti Azərbaycanda yüksək qiymətləndirilir. Tarixi və mədəni ortaqlıqlar, birgə iqtisadi əməkdaşlıq sahələri və İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi və Azərbaycan hakimiyyətinin yenidən quruma işlərində İranın da iştirak etməsini xahiş etməsi əlaqələrin gələcəyi üçün yeni perspektiv açır və iki ölkə arasında münasibətlərin dərinləşməsindən xəbər verir. İkitərəfli və çoxtərəfli əməkdaşlığın digər istiqaməti enerji sahəsində əməkdaşlıqdır. Digər tərəfdən Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşündən sonra qaz mübadiləsi həyata keçirildi. Və bunu iki ölkə əməkdaşlığında mühüm hadisə kimi qiymətləndirmək lazımdır.

Ekspertlərin fikrincə, İranla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının yüksək olmasına baxmayaraq, iki ölkənin ticarət imkanlarından hələ də lazımınca istifadə edilməyib. Ona görə də təxmin etmək olar ki, Qarabağın işğaldan azad edilmiş ərazilərində transsərhəd ticarətin inkişafı, Astara-Çay avtomobil körpüsünün tikintisi, tranzit və avtomobil nəqliyyatı problemlərinin həlli, Xəzər hövzəsində əməkdaşlığın genişləndirilməsi və onlarla digər layihə Rüstəm Qasiminin Azərbaycan Respublikasına səfəri zamanı geniş müzakirə olunub. 

Aydın məsələdir ki, əlaqələrin inkişafını əngəlləyən maneələrin aradan qaldırılması üçün hər iki tərəf özündən güclü iradə nümayiş etdirir.

 

Teqlər