Rəisi: "Tehran-Bakı münasibətləri ortaq dini inanclara əsaslanır"
İran İslm Respublikası prezidenti İranda səfərdə olan çərşənbə günü Tehranda səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov Zakir Həsənov və onu müşayiət edən nümayəndə heyətini qəbulu zamanı Tehran-Bakı münasibətlərinin ortaq dini inanclara əsaslandığını söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Prezident Rəisi bu görüşdə İran və Azərbaycanı ortaq dini inanclara əsaslanan dərin köklü əlaqələrə malik iki qohum kimi xarakterizə edib.
İran prezidenti Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Azərbaycan prezidenti ilə görüşünə toxunaraq əlavə edib ki, İranın siyasəti qonşularla, xüsusilə də Azərbaycan Respublikası ilə Qafqaz hövzəsində geniş əməkdaşlıqdır və görüşdən sonra iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin, o cümlədən tranzit sahəsində qarşılıqlı əlaqələrin inkişafı prosesi sürətlənir.
Rəisi, İranın qüdrətinin bölgənin təhlükəsizliyinə töhfə verdiyini vurğulayaraq, qeyd edib ki, təkfirçi qrupların və İŞİD terror təşkilatının mövcudluğu heç bir yerdə bölgə xalqının mənafeyinə uyğun deyil. Bu dəstələri amerikalılar və sionistlər yaradıblar və onlar harada olurlarsa olsunlar, cinayət əməlləri törədiblər.
Prezident Rəisi əlavə edib: "Sionist rejim bəşəriyyətin düşmənidir və müsəlman xalqların dostu ola bilməz. Sionistlərin bölgədə və Fələstin xalqına qarşı işğalçılığı və təcavüzü bu həqiqətin sübutudur".
Azərbaycanın müdafiə naziri Zakir Həsənov da İran rəsmiləri ilə görüşünü səmərəli dəyərləndirib.