Yan 27, 2022 14:30 Asia/Baku
  • Kazım Qəribabadi
    Kazım Qəribabadi

İranın insan hüquqları qərargahının katibi Kanadada daha doxsan üç yerli uşağın qəbrinin aşkar edilməsinə reaksiyada insan hüquqlarına qarşı ən böyük təhdidi, ikiüzlülük, siyasiləşdirmə və ikili standartlar adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini və insan hüquqları qərargahının katibi Kazım Qəribabadi Kanadada yerli sakinlərin bir keçmiş internat məktəbinin yaxınlığında daha doxsan üç yerli uşağın qəbrinin aşkar edilməsinə reaksiyada bir tvitt-də yazıb: Bizim üzərinə ayaq basdığımız torpağın altında, özlərinin dəyərli həyatlarını/ pulu və silahı Qərb tərəfindən təmin edilən icbari bir müharibə gedişində qurban edən şəxslərin cənazələri yerləşir. Kanadada isə yeri qazarkən günahsız yerli uşaqların qalıqlarını aşkar edirsiz.

O, əlavə edib: İnsan hüquqlarına qarşı ən böyük təhdid ikiüzlülük, siyasiləşdirmə və ikili standartlardan irəli gəlir.

Ötən ilin may ayından bəri Kanadanın yerli uşaqlarına məxsus internat məktəbi olmuş binaların ərazisində yüzlərlə kütləvi qəbir tapılıbdır.

 

Teqlər