Sanksiyaların ləğvi məsələsində İranın bütün mənafeyi təmin edilməlidir
https://azeri.sahartv.ir/news/İran-i385470-sanksiyaların_ləğvi_məsələsində_İranın_bütün_mənafeyi_təmin_edilməlidir
İranın xarici işlər naziri deyib ki, sanksiyaların ləğvi məsələsində İranın bütün mənafeyi reallaşmalı və duyulacaq bir hadisə baş verməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2022 15:58 Asia/Baku
  • Hüseyn Əmir-Abdullahian
    Hüseyn Əmir-Abdullahian

İranın xarici işlər naziri deyib ki, sanksiyaların ləğvi məsələsində İranın bütün mənafeyi reallaşmalı və duyulacaq bir hadisə baş verməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian bu gün bir tvitt-də İran İslam Respublikasının amerikan siyasətçilərə etmiad etməməsinə işarə ilə belə qeyd edib: Tarix, təcrübə və Amerikanın rəftar tərzinin öyrənilməsi göstəribdir ki, Amerikanın hökmranları və siyasətçilərinə etimad etmək olmaz.

Əmir-Abdullahian əlavə edib: İran İslam Respublikası üçün/ hər cür mühakimə yürütmənin dəlili, Amerikanın real rəftarının müşahidə edilməsi olacaq.

Sanksiyaların ləğvi üzrə Vyana müzakirələrinin səkkizinci raundu İran və 4+1 qrupunun nümayəndə heyətlərinin iştirakı ilə davam edir.

Amerikan heyət də Vyanada iştirak edir və 4+1 tərəflərilə danışıqlar aparmaqdadır.

İranlı rəsmilərin bildirdikləri kimi, İran və Amerikanın nəzərdə tutduqları cəhətlər qeyri-rəsmi sənəd vasitəsilə ötürülür.

Əmir-Abdullahianın sözlərinə görə, amerikalı tərəf qeyri-rəsmi sənəd formasında texniki məsələlər üzrə təkliflərini İrana təqdim edib.