Yan 27, 2022 20:28 Asia/Baku
  • Xürrəm
    Xürrəm

İranın Şərqi Azərbaycan vilayətinin valisi Abidin Xürrəm bu gün müxbirlərlə müsahibədə ölkəmizin siyasi-iqtisadi heyətinin Azərbaycan Respublikasına olmuş ikigünlük səfərinin nailiyyətlərini şərh edib.

SəhərAzəri-nin məlumatına əsasən, O, iki ölkənin özəl sektorlarının qarşılıqlı investisiyaları, sərhəd bazarının işə salınması və birgə sənaye qəsəbəsinin yaradılması üzrə razılaşmanı bu səfərin nailiyyətlərindən adlandırıb və belə deyib: Şərqi Azərbaycanın ehtiyat hissələri düzəldən şirkətlərinin bacarığına əsasən, bu şirkətlərin iştirakı üçün Azərbaycan Respublikasında traktorqayırma kimi şirkətlərin nümayəndəliklərinin yaradılması razılaşdırıldı.

Xürrəm sonra belə qeyd edib: Azərbaycan Respublikasının azad edilmiş bölgələrindən və bu bölgələrdə icra edilməkdə olan layihələrə də tam baxışlar həyata keçirildi və iranlı şirkətlərin, xüsusən vilayətin özəl sektorunun həmin bölgələrin yenidən qurulmasındakı iştirak sahələri araşdırıldı.

İranın Şərqi Azərbaycan vilayətinin valisi sonra belə qeyd edib: Bizim şirkətlərin təcrübələrinə və azərbaycanlı tərəfin maraq göstərməsinə əsasən, qərara alındı ki, ölkəmizin texniki-mühəndislik şirkətləri və podratçılar Azərbaycan Respublikasının azad edilmiş bölgələrinin yenidən qurulmasında fəal iştiraka malik olmuş olsunlar.

O, əlavə edib: Enerji sektorunda da Azərbaycan Respublikası tərəfindən Xudafarin su bəndində elektrik istehsalı turbinlərinin quraşdırılması və bu su bəndindən ortaq istifadə tərzi ilə bağlı lazımi razılaşmalar əldə edildi.

Şərqi Azərbaycan valisi daha sonra belə qeyd edib: Naxçıvandan Təbrizə birbaşa dəmiryolu xəttinin, həmçinin Təbriz-Bakı aviaxəttinin yaradılması və Şərqi Azərbaycan sərhədi vasitəsilə turizm sahəsinin, xüsusən sağlamlıq turizminin gücləndirilməsi bu səfərdə əldə olunmuş digər razılaşmalardan olub.

Azərbaycanlı tərəfin iki ölkə vətəndaşlarının gediş-gəlişi və ticarət mübadilələri üçün Mərzabad və Xudafərin keçidlərinin açılması üzrə xahişinə işarə edən Xürrəm belə qeyd edib: Qərara alındı ki, tərəflərin əməkdaşlığı ilə azad olunmuş bölgələrdə tranzit mehvərinin fəallaşdırılması, həmçinin iki ölkənin dəmir və şose yolları əlaqəsinin yaradılması məqsədilə Zəngilan-Mərzabad sərhəd körpüsünün inşasının araşdırılması başlansın.

 

Teqlər