Yan 27, 2022 20:32 Asia/Baku
  • Seyid İbrahim Rəisi və  Məhəmməd bin Əbdürrəhman Ali-Sani
    Seyid İbrahim Rəisi və Məhəmməd bin Əbdürrəhman Ali-Sani

İran prezidenti Qətərin xarici işlər nazirilə görüşdə vurğulayıb ki, qonşu ölkələrin əlaqələrinin dərinləşməsi və sinerjisi təhlükəsizlik yaradan ola bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Məhəmməd bin Əbdürrəhman Ali-Sani ilə görüşdə xüsusən enerji sahəsində təhlükəsizliyin təmin ediməsindəki çoxtərəfli mexanizmlərin önəminə təkidlə deyib ki, istehsalçı ölkələrin enerji siyasətlərində koordinasiya və sinergiya qorunmalı və gücləndirilməlidir.

İran prezidenti bildirib ki, əcnəbilərin Qərbi Asiyadakı iştirakları əmin-amansızlıqlar və nigarançılıqları artıracaq. O, söyləyib: Əcnəbilər region dövlətləri və xalqlarının mahiyyətləri və şəxsiyyətlərinə hörmətlə yanaşmırlar və elə təsəvvür edirlər ki, dünyanın ağasıdırlar, halbuki onlar imperialist xislətini kənara qoymalı və xalqların mədəniyyətləri və mahiyyətlərini rəsmən tanımalıdırlar.

Qətərin xarici işlər naziri də Qətər əmirinin İran prezidentinə qaz ixrac edən ölkələrin sammitində iştiraka olan rəsmi dəvətini bəyan edib. Bildirib ki, Qətər bütün siyasi və iqtisadi sahələrdə İranla əlaqələr səviyyəsini yüksəltmək üzrə əlindən gələni etməyə əzmkardır.

 

Teqlər