Rəisi İranın milli futbol komandasını təbrik edib
-
Seyid İbrahim Rəisi və Məhəmməd Baqir Qalibaf
İran İslam Respublikasının prezidenti İranın milli futbol komandasını İraq yığmasına qalib gəlməsi və 2022-ci il Qətər dünya çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi etdiyi müraciətdə əlavə edib: İranın milli futbol komandasının dünya çempionatının seçmə mərhələsindəki ardıcıl və qüdrətli qələbələri və 2022-ci il Qətər dünya çempionatına vəsiqə qazanması İranın başıuca xalqı üçün böyük şadlıq və sevinc müjdə gətirib.
İran İslam Respublikası İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf da bir mesajda İranın milli futbol komandasının qeyrətli oyunçularının xalqın şadlığı və sevincinə səbəb olan 2022-ci il Qətər dünya çempionatına iftixarlı çıxışı münasibətilə İran xalqını təbrik edib.
İranın milli futbol komandası dünən Tehranın Azadi stadionunda Mehdi Tareminin tək qolu ilə İraq yığmasını məğlub etdi və ilk Asiya komandası kimi 2022-ci il Qətər dünya çempionatına vəsiqə qazandı.