İranın turizm nazirinin müavini:
İran Azərbaycan ilə turizmin inkişafına dair proqram hazırlayıb
“İran Azərbaycan ilə turizmin inkişafına dair proqram hazırlayıb”. Bunu İranın turizm və mədəniyyət nazirinin turizm məsələləri üzrə müavini Əliəsğər Şalbafiyan deyib.
SəhərAzəri-nin məlumatına əsasən,Əliəsğər Şalbafiyan APA-nın İran müxbirinə eksklüziv açıqlamasında qeyd edib ki, Azərbaycan İran üçün turizm sahəsində önəmli ölkələrdəndir: "İran Azərbaycandan turistlərin cəlb edilməsində maraqlıdır. Sağlamlıq və ziyarət turizmi sahəsində əməkdaşlığa önəm veririk".
O qeyd edib ki, hazırda iki ölkə arasında sərhədlər açıqdır və gediş-gəliş üçün problem yoxdur: “Novruz bayramında turistlərin gediş-gəlişi ilə bağlı qərarı ölkənin koronavirusla mübarizə qərargahı verməlidir”.
Yanvarın 29-dan Tehranda 15-ci beynəlxalq turizm və sənaye sərgisi keçiriləcək.