İranın cənub-qərbində iki qaçaqmalçı dəstəsi məhv edilib
Yan 30, 2022 08:57 Asia/Baku
-
İranın cənub-qərbində
İranın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində yerləşən Xuzistan vilayətində narkotik qaçaqmalçılığı üzrə iki beynəlxalq dəstəni məhv ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Bu beynəlxalq qaçaqmalçı dəstələrindən 140 kiloqram metamfetamin və 170 kiloqram tiryək aşkar və müsadirə edilib.
İran İslam Respublikası dünyada narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön xətti kimi bu yolda on iki min nəfərdən çox şəhid və müharibə əlili təqdim edib.
BMT İranı narkotik maddələrlə mübarizənin bayraqdarı adlandırıb.
Teqlər