Təqlid mərcəyi Ayətullahül-üzma Safi Qolpayeqani Haqq Dərgahına qovuşdu
https://azeri.sahartv.ir/news/İran-i385623-təqlid_mərcəyi_ayətullahül_üzma_safi_qolpayeqani_haqq_dərgahına_qovuşdu
Həzrət Ayətullahül-üzma Safi Qolpayeqani ürək dayanması və reanimasiya əməliyyatının uğursuzluğundan sonra gücə saat 1:00 radələrində Qum şəhərində dünyasını dəyişib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 01, 2022 06:37 Asia/Baku
  • Ayətullahül-üzma Safi Qolpayeqani
    Ayətullahül-üzma Safi Qolpayeqani

Həzrət Ayətullahül-üzma Safi Qolpayeqani ürək dayanması və reanimasiya əməliyyatının uğursuzluğundan sonra gücə saat 1:00 radələrində Qum şəhərində dünyasını dəyişib.

Bu möhtərəm və nüfuzlu din xadimi bərəkətli ömrü boyunca Qum şəhərindəki dini hövzələrdə dərs və araşdırma aparmış, yüzlərlə tədqiqatçı yetişdirmiş və onlarla güclü elmi əsərlər yazıb yaratmışdır.
Aliməqamlı təqlid mərcəyinin siyasi fəaliyyətləri də olmuşdur. O, İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyninin (rəh) fərmanı ilə  ölkəyə yeni konstitusiya hazırlayan Mütəxəssislər Məclisinin üzvü oldu, ardınca isə Konstitusiyaya Nəzarət Şurasının üzvü və katibi təyin edildi. 
Səhər Kanalı bu ağır itki ilə əlaqədar olaraq İslam İnqilabının Aliməqamlı Rəhbərinə,  Həzrət Vəli-Əsrə (əc), ruhaniyyət seminariyalarına və dünya şiələrinə dərin hüzünlə başsağlığı verir.
Allah rəhmət eləsin!