İranın milli futbol komandasının 2022 Dünya Çempionatının seçmə mərhələsində uğurları davam edir
-
İranın milli futbol komandası
İranın milli futbol komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin davamında Birləşmiş Ərəb Əmirliklərinə qalib gəlib.
SəhərAzəri-nin məlumatına əsasən, Dünya Çempionatının Asiya üzrə seçmə mərhələsi çərçivəsində İranın futbol üzrə milli komandası çərşənbə axşamı günü Tehranın Azadi stadionunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandasını ilə qarşılaşıb və matçdan qalib ayrılmağı bacarıb.
Oyun Koronavirusla Mübarizə üzrə Milli Qərargahın qərarına uyğun olaraq, azarkeşsiz keçirilib.
İran ikinci hissənin başlamasından qısa müddət sonra səhvə görə ikinci sarı vərəqə və sonradan qırmızı vərəqə alan müdafiəçi Sadeq Moharramini itirdikdən sonra oyuna on nəfərlə davam etdirib.
Qarşılaşmada yeganə qolu 44-cü dəqiqədə hücumçu Mehdi Taremi vurub.
İranın milli futbol komandası bu qələbə ilə 22 xal qazanaraq, A qrupunda lider olub.
Görüş elə bir halda keçirilib ki, İran ötən həftə İraq komandasını 1-0 hesabı ilə məğlub edərək, artıq 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qanamışdı.