İran "ECO GATE" layihəsini sürətləndirməyə çağırır
https://azeri.sahartv.ir/news/İran-i385655-İran_eco_gate_layihəsini_sürətləndirməyə_çağırır
İranın yol və şəhərsalma naziri İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-ə üzv dövlətlər arasında “ECO Gate” kimi tanınan layihənin icrasının sürətləndirilməsinə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2022 16:03 Asia/Baku
  • Rüstəm Qasimi
    Rüstəm Qasimi

İranın yol və şəhərsalma naziri İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-ə üzv dövlətlər arasında “ECO Gate” kimi tanınan layihənin icrasının sürətləndirilməsinə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rüstəm Qasimi fevralın 2-də Türkiyədə keçirilən İƏT Nəqliyyat Nazirlərinin 11-ci toplantısında virtual çıxışı zamanı üzv ölkələr arasında "ümumi keçid" layihəsinin həyata keçirilməsinin vacibliyini  vurğulayaraq, əlavə edib: Xəzər dənizində Ro-Ro gəmilərin xidmətlərinin artırılması üçün üçün hökumət, aktiv gəmiçilik şirkətləri və gəmiqayırma şirkətlərinin nümayəndələrindən ibarət bir komitənin formalaşdırılması təklif edilir".

Qasimi  İƏT Nəqliyyat Nazirlərinin 11-ci toplantısında iştirak etməkdən məmnunluq ifadə edərək, deyib: "Beynəlxalq nəqliyyat və gömrük müqavilələrinə və sazişlərinə qoşulmaq üçün hazırlıq işlərinin görülməsi və viza rejiminin sadələşdirilməsi, eləcə də İƏT-ə üzv ölkələr arasında vizanın ləğv edilməsi üçün daha ciddi təqib tələb olunur.

İranın yol və şəhərsalma naziri, həmçinin İslamabad-Tehran-İstanbul İTİ qatarının yenidən fəaliyyətə başlamasını yüksək dəyərləndirib və üzv dövlətlərin dəhlizin Çindən Avropaya qədər genişləndirilməsi imkanlarını araşdırmalı olduqlarını bildirib.

Qasimi Qırğızıstan-Tacikistan-Əfqanıstan-İran (KTAI) dəhlizi boyunca layihələrin maliyyələşdirilməsi və bu böyük və iqtisadi dəhlizin maraqlı tərəfləri arasında müntəzəm görüşlərin keçirilməsi üçün maliyyə qurumları və bacarıqlı ölkələr və şirkətlərlə məsləhətləşmələrin vacibliyini vurğulayıb.