Astara gömrüyündə tranzit sadələşdirilir
https://azeri.sahartv.ir/news/İran-i385676-astara_gömrüyündə_tranzit_sadələşdirilir
İran və Azərbaycan Astara gömrüyündə sərhəd tranzitinin sadələşdirilməsi barədə razılığa gəliblər
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 03, 2022 15:09 Asia/Baku
  • İran və Azərbaycan
    İran və Azərbaycan

İran və Azərbaycan Astara gömrüyündə sərhəd tranzitinin sadələşdirilməsi barədə razılığa gəliblər

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Astara Baş Gömrük İdarəsinin rəisi Səid Nadiri ilə Azərbaycan rəsmiləri arasında görüş keçirilib.

Bu barədə İranın Astara Baş Gömrük İdarəsi məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında sərhəd tranzitinin asanlaşdırılması və artırılması barədə razılığa gəliblər.

Qeyd olunur ki, bu görüşdə Səid Nadiri Azərbaycan Respublikası Gömrük Xidməti tərəfindən yük maşınlarının daha sürətlə keçirilməsini istəyib.

 

Astara Baş Gömrük İdarəsinin rəisi iki ölkənin yol və şəhərsalma nazirləri arasında əldə edilmiş razılaşmanı xatırladaraq, Azərbaycana daxil olan yük maşınlarının sayının sutkada 400-ə çatdırılmasına və sözügedən prosesi asanlaşdırmağa çağırıb.

İclasın yekunu olaraq qərara alınıb ki, yeni gömrüyün təkmilləşdirilməsi layihəsi başa çatana qədər İrana məxsus yük maşınlarının sayı gündə 300-ə çatdırılsın.