Tehran-Ankara əlaqələrinin gücləndirilməsinə təkid
-
Tehran-Ankara
İran prezidenti Tehran-Ankara əlaqələrinin gücləndirilməsinə təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi öz türkiyəli həmkarı Rəcəb Tayyıb Ərdoğanla telefon əlaqəsində ona sağlamlıq arzu və İran ilə Türkiyə arasında iqtisadi münasibətlərin gücləndirilməsinə təkid edib.
İran prezidenti bu telefon söhbətində iki ölkə əlaqələrinin müxtəlif sahələrdə, xüsusən iqtisadi sahədə genişləndirilməsinin önəminə toxunub, Tehran-Ankara əməkdaşlıqları və koordinasiylarının gücləndirilməsi vacibliyini vurğulayıb.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu telefon söhbətində öncə onun əhvalını soruşduğuna görə Rəisiyə təşəkkür edib.
Sonra ölkəsinin İranla əlaqələri daha da gücləndirməyə hazır olduğunu vurğulayan Ərdoğan Türkiyəyə qaz ixracatının davam etdirilməsi üzrə görülmüş tədbirlərə görə, Tehrana minnətdarlıq ifadə edib.