İslam İnqilabı 43 ildən sonra hələ də möhtəşəmliyini qoruyur
https://azeri.sahartv.ir/news/İran-i385792-İslam_İnqilabı_43_ildən_sonra_hələ_də_möhtəşəmliyini_qoruyur
İslam İnqilabının şanlı qələbəsinin 43-cü ildönümü İran İslam Respublikasında təntənəli şəkildə qeyd olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2022 09:02 Asia/Baku
  • İmam Xomeyni
    İmam Xomeyni

İslam İnqilabının şanlı qələbəsinin 43-cü ildönümü İran İslam Respublikasında təntənəli şəkildə qeyd olunur.

SəhərAzəri-nin məlumatına əsasən, qələbə İranda 2500 illik monarxiyaya son qoyan İmam Xomeyninin rəhbərliyi altında əldə edildi və ölkədə dini demokratiyaya əsaslanan İslam Respublikası quruluşu bərqərar oldu. Qurulduğu gündən isə təkəbbürlü qüdrətlərin təzyiqlərinə məruz qaldı.

Konkret olaraq İslam Respublikası bütün həyatı boyu ABŞ-ın aramsız düşmənçiliyinin hədəfi oldu və məhz bu dövlətin təhriki ilə Səddam rejimi tərəfindən hərbi təcavüzə məruz qalaraq, 8 il uzanan ağır sınağı arxada qoydu və əlbəttə ki, xalq özünün Müqəddəs Müdafiəsini qələbə ilə başa vurdu.

Bu gün düşmənlərin bütün sabotajlarına və iqtisadi təzyiqlərinə baxmayaraq, məmurların səyləri və İran xalqının müqaviməti öz bəhrəsini verməkdədir.

İran İslam Respublikası son 43 ildə nəzərə çarpacaq dərəcədə irəliləyib. Sağlamlıq sahəsində İran 1960-dan 2017-ə qədər uzun ömürlülük inderksinə görə inkişaf edərək yeddinci yeri tutdu. Bu gün İran İslam Respublikası dünyada koronavirus peyvəndi istehsal edən ilk 10 ölkə arasındadır. Enerji sahəsində İran Enerji İnkişafı İndeksində ikinci, neft istehsalında dünyada üçüncü, elektrik istehsalında 15, benzin istehsalında 16-cı yerdədir. Nüvə enerjisi sahəsində İran tam nüvə yanacağı istesal edən 13 ölkədən biridir və uranı zənginləşdirmə qabiliyyətinə sahib 14 ölkədən biridir.
İran İslam Respublikasının son 42 ildə qazandığı əsas uğurlardan biri də yüksək müdafiə qabiliyyətinə nail olmasıdır. İslam İnqilabından sonra İran müxtəlif elmi sahələrdə təqdirəlayiq irəliləyişlərə imza atdı, lakin inqilabdan sonra, bəlkə də ölkənin ən strateji texnologiyası nüvə sənayesi oldu ki, bu da Qərb ölkələrinin qısqanclığına səbəb oldu, çünki onlar bu texnologiyanı öz inhisarlarında saxlamaqda israrlıdırlar. Ona görə də düşmən ölkələr İranın nüvə proqramının inkişafına mane ola bilməyəcəklərini anladıqdan sonra bu sahədə məhdudiyyətlər qoydular. Bütün bu məhdudiyyətlərə baxmayaraq, İran yüksək dərəcədə zənginləşdirmə qabiliyyətini əldə etdi və Qərbin sanksiyaları və təhdidlərinə baxmayaraq, İran nüvə yanacağı istehsal edən ölkələr sırasına qatıldı.

İranın tibb sahəsindəki irəliləməsi də göz qabağındadır. Bu sahədə İranın qarşısına qoyduğu məqsədlərin demək olar ki, hamısı özünü doğruldub. Və İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin dahiyanə liderliyi sayəsində İran xalqı böyük inamla irəliyə doğru addımlayır, müharibədən zərər görmüş bölgələrin bərpası da daxil olmaqla öz təcrübələrini təmənnasız şəkildə Azərbaycan Respublikası kimi qardaş ölkələrə təqdim etməyə hazırdır.