Rüstəm Qasimi: İran üçün heç bir yol bağlı deyil
https://azeri.sahartv.ir/news/İran-i385797-rüstəm_qasimi_İran_üçün_heç_bir_yol_bağlı_deyil
İran İslam Respublikasının yol və şəhərsalma naziri Azərbaycana səfərin mühüm nailiyyətlərindən biri kimi Astaraçay strateji körpüsünün tikintisini elan edib və bildirib ki, İran üçün heç bir yol bağlı qalmayacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2022 13:16 Asia/Baku
  • Rüstəm Qasimi
    Rüstəm Qasimi

İran İslam Respublikasının yol və şəhərsalma naziri Azərbaycana səfərin mühüm nailiyyətlərindən biri kimi Astaraçay strateji körpüsünün tikintisini elan edib və bildirib ki, İran üçün heç bir yol bağlı qalmayacaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, Rüstəm Qasimi tvitter səhifəsində Azərbaycan Respublikasına son səfərinin nəticələrinə istinad edərək, nəqliyyat diplomatiyasının gücləndirilməsi və maneələrin aradan qaldırılmasına diqqət çəkib.

“Astaraçay strateji körpüsünün tikintisi İranı Qafqaza, Rusiyaya və Şimali Avropaya birləşdirəcək. Bu mənim Azərbaycana səfərimin mühüm nailiyyətlərindən biri oldu və bu hadisə şübhəsiz ki, İranın nəqliyyat diplomatiyasında və beynəlxalq əlaqələrdə böyük dəyişiklik yaradacaq. Mən söz vermişdim ki, heç bir yol İranın üzünə bağlı qalmayacaq”, - deyə nazir vurğulayıb.