Fev 09, 2022 19:39 Asia/Baku
  • Xeybər Şekən
    Xeybər Şekən

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah "Xeybər Şekən" adlı yeni strateji uzunmənzilli raketi nümayiş etdirib.

SəhərAzəri-nin məlumatına əsasən, "Sepah News"un məlumatına görə, İslam İnqilabının qələbəsinin 43-ü ildönümü münasibətilə bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri və Sepah-ın aero-kosmik qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadənin iştirakı ilə keçirilən mərasimdə Sepahın ən yeni nailiyyəti olaraq, "Xeybər Şekən" adlı yeni uzaqmənzilli qanadlı raketin təqdimatı keçirilib.

Strateji "Xeybər Şekən" raketi İslam İnqilabı Keşikçiləri Korpusunun üçüncü nəsil uzaqmənzilli raketlərindən biridir və unikal xüsusiyyətlərə malikdir. Bu raket bərk yanacaqdan istifadə edir. Onun optimal dizaynı analoji növlərlə müqayisədə çəkisini üçdə bir, hazırlanması və yandırma müddəti  altıda bir azaldıb.

Həddindən artıq çeviklik və 1 450 kilometr məsafədəki hədəfləri vurma qabiliyyəti bu raketin digər imkanlarıdır. 

Teqlər