İran biotexnoloji dərmanlar istehsal edən 4 ilk ölkədən biridir
Fev 13, 2022 11:30 Asia/Baku
-
Bəhram Darayi
İranın ərzaq və dərman təşkilatının sədri deyib ki, İran biotexnoloji dərmanlar istehsal edən dörd ilk ölkədən biridir.
SəhərAzəri-nin məlumatına əsasən, Bəhram Darayi bu gün bir mətbuat konfransında əlavə edib ki, bu sektorda iki milyard dollardan çox valyutaya qənaət olunub.
“Korona pandemiyası şəraitində İran şirkətləri biotexnologiyadan istifadə ilə qəbulediləsi bir zaman kəsiyində vaksinin topdansatış istehsalına nail olublar.”-deyən İranın ərzaq və dərman təşkilatının sədri bildirib ki, ölkəyə lazım olan dərmanların doxsan yeddi faizindən çoxu daxili istehsaldan təmin edilir.
Teqlər