İrandan Vyana müzakirələri haqda təhrif olunmuş məlumatlara reaksiya
https://azeri.sahartv.ir/news/İran-i386057-İrandan_vyana_müzakirələri_haqda_təhrif_olunmuş_məlumatlara_reaksiya
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi dünən gecə Vyana müzakirələri barədə təhrif olunmuş məlumatların yayılmasına reaksiyada vurğulayıb ki, Amerikanın nüvə anlaşmasına qayıdışı haqda lisenziyanın verilməsinə dair yekun anlaşma, şayiəsi yayılmış və təhrif olunmuş mənbəsiz məlumatdan çox fərqli olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2022 10:18 Asia/Baku
  • İrandan Vyana müzakirələri haqda təhrif olunmuş məlumatlara reaksiya

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi dünən gecə Vyana müzakirələri barədə təhrif olunmuş məlumatların yayılmasına reaksiyada vurğulayıb ki, Amerikanın nüvə anlaşmasına qayıdışı haqda lisenziyanın verilməsinə dair yekun anlaşma, şayiəsi yayılmış və təhrif olunmuş mənbəsiz məlumatdan çox fərqli olacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Röyters informasiya agentliyi az öncə iyirmi səhifəlik Vyana anlaşması sənədinə əlçatanlıq iddiası ilə tərəflərdən hər birinin anlaşmanın icra mərhələsində atacaqları addımların müəyyən edildiyini xəbər vermişdi.

Səid Xətibzadə tvitterdə bildirib ki, media məlumatının verilməsi və işıqlandırılmasında qeyri-düzgün informasiyaların yayılması riskli və təhlükəli bir hərəkətdir. Xətibzadə qeyd edib ki; «son günlərə yaxınlaşdıqca, bundan çox təhrifləri gözləməliyik».

Vyana müzakirələri İranın müzakirə komandasının təşəbbüslərinə görə, irəliləyişləri təcrübə edib, amma Co Bayden hökuməti xüsusiyyət təşkil etməklə qərbli tərəflərin Amerikanın keçmiş hökumətinin qanunsuz hərəkətlərinin əvəzini çıxmaq istiqamətində ehmal etmələri və maksimum təzyiq kampaniyasının davam etməsi, bu ölkənin nüvə anlaşmasına qayıdış üzrə ciddiliyində tərəddüdlərə və danışıqlar prosesinin uzanmasına gətirib çıxarıbdır.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian çərşənbə axşamı günü bir tvittdə özünün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə telefon söhbətinə işarə ilə qeyd etdi ki, iranlı tərəfin təşəbbüsləri Vyanada anlaşmanı əlçatan edib, amma yekun anlaşmanın əldə olunması qərbli tərəfin məsuliyyətli rəftarından asılıdır.

İran İslam Respublikası məsuliyyət qəbul edən bir ölkə kimi dəfələrlə bildiribdir ki, Amerikanın nüvə anlaşmasını pozan tərəf olduğuna görə, məhz Vaşinqton sanksiyaları ləğv etməklə anlaşmaya geri dönməlidir və Amerikanın öz öhdəliklərini icra etməsinin doğruluğunun yoxlanılması zəruridir.