İran üçün 14 milyon dollarlıq valyuta gəliri
Fev 20, 2022 18:59 Asia/Baku
-
«Bərəkət» fondu
«Bərəkət» fondunun iqtisadi tərəfdaşlıqlar və orqanların təmini məsələsi üzrə sədr müavini bu fondun İran üçün 14 milyon dollarlıq valyuta gəlirindən xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Hadi Cövhəri əlavə edib: Bu valyuta gəliri «Bərəkət» fondunun tərəfdaşı olan səkkiz sənaye mərkəzinin ixracatından əldə olunub. Bu mərkəzlər öz məhsullarını Rusiya, Türkiyə, İraq və Əfqanıstan daxil olmaqla müxtəlif ölkələrə ixrac edə biliblər.
Teqlər