Fev 21, 2022 19:46 Asia/Baku
  • Xətibzadə
    Xətibzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, müzakirələr nəzərəçarpacaq dərəcədə irəliləyib və İran ABŞ və Avropanın qərarlarını gözləyir.

SəhərAzəri-nin məlumatına əsasən,İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Tehranda keçirdiyi həftəlik mətbuat brifinqində qeyri nüvə sanksiyalarının ləğvi ilə bağlı suala cavab olaraq, deyib: "Hansı etiketlərin verilməsindən asılı olmayaraq, İranın iqtisadi maraqlarına əngəl törədən və qarşı tərəfin öhdəliklərinə zidd olan bütün sanksiyalar aradan qaldırılmalıdır. Bu, İran İslam Respublikasının prinsiplərindən biri olub və bu günə kimi də riayət olunub".

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi qeyd edib ki, danışıqlar xeyli irəliləyib, məsələlərin əhatə dairəsi və sayı azalıb. Bununla belə, qalan məsələlər həlli vacib olan ən çətin, ən əsas və ən ciddi məsələlərdir.

Xətibzadə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Münhen Təhlükəsizlik Konfransındakı görüşləri haqqında deyib: ‌ "Bu konfransda İranın xarici siyasət sahəsində mövqeləri izah edilib və 30-a yaxın rəsmi və müxtəlif şəxsiyyətlər İranın xarici işlər naziri ilə görüşüb, fikir mübadiləsi aparıblar". 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İraqın milli təhlükəsizlik müşavirinin İran və Səudiyyə Ərəbistanı arasında danışıqların beşinci raundunun Bağdadda keçirilməsi ilə bağlı söylədiyi fikirlərə gəlincə, deyib: "Səudiyyə Ərəbistanındakı həmkarlarım bilirlər ki, istənilən məhsuldar dialoq və danışıqların iki əsas sütunu var; Biri davamlılıq, digəri isə yaxşı nəticələr əldə etmək üçün danışıqlar aparmaq üçün əsl iradədir. Bu baş verərsə və danışıqlar üçün real iradə olrsa biz səmərəli danışıqların şahidi olacağıq". 

İranın diplomatiya aparatının sözçüsü İngiltərənin İran hökumətinə olan borcu ilə bağlı bildirib ki, borcu ödəmək üçün İngiltərə ilə aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib və İran razılaşmanın həyata keçirilməsini gözləyir.

Səid Hatipzadə Avstraliyanın HƏMAS-ı terror təşkilatları siyahısına daxil edilməsi qərarı ilə bağlı bunları deyib: "Həmas bu gün Fələstin parlamentində ən çox nümayəndəyə malikdir və Fələstin hökuməti strukturunda xalqın əksəriyyətini təmsil edir. Avstraliyanın onilliklər ərzində açıq-aşkar zülmündən sonra zalım və aparteid rejiminin tərəfində olmaq qərarı siyasi yönümlü bir qərardır".

Teqlər