Ukraynadakı iranlıların son durumundan məlumat
-
Hüseyn Əmir-Abdullahian
İran İslam Respublikasının xarici işlər naziri Ukraynadakı iranlıların son durumundan məlumat öyrənib.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian İranın Kiyevdəki səfiri Mənuçehr Muradi ilə telefon bağlantısında Ukraynada yaşayan iranlılar, xüsusən həmin ölkədə təhsil alan iranlı tələbələr barədə lazımi tövsiyələr verib,/ səfirliyin Ukraynada yaşayan həmvətənlərə sutkalıq formada xidmətlər göstərməsinin zərurətinə təkid edib.
Əmir-Abdullahian həmçinin yaranmış fövqəladə vəziyyətə görə, mövcud təlimatlardan əlavə, Ukraynada təhsil alan iranlı tələbələr üçün tələbə çıxışı möhürü sahəsində lazımi şəraitin yaradılması haqda İran səfirinə müəyyən göstərişlər verib.
Bu, Ukraynada yaranmış böhranlı şəraitin ardınca İran İslam Respublikası xarici işlər nazirinin İranın Kiyevdəki səfiri ilə ikinci telefon bağlantısıdır.