İranlı qadın Beynəlxalq Qadınlar Günü mükafatını almağa namizəd edilib
https://azeri.sahartv.ir/news/İran-i386272-İranlı_qadın_beynəlxalq_qadınlar_günü_mükafatını_almağa_namizəd_edilib
Beynəlxalq Paralimpiya Komitəsinin qadın idmanı bölməsi bildirib ki, iranlı qadın Fatimə Rəxşani müdiriyyət sahəsində Beynəlxalq Qadınlar Günü mükafatını almağa namizəd edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2022 16:51 Asia/Baku
  • Fatimə Rəxşani
    Fatimə Rəxşani

Beynəlxalq Paralimpiya Komitəsinin qadın idmanı bölməsi bildirib ki, iranlı qadın Fatimə Rəxşani müdiriyyət sahəsində Beynəlxalq Qadınlar Günü mükafatını almağa namizəd edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq Paralimpiya Komitəsinin qadın idmanı bölməsi hər il olduğu kimi, müxtəlif bölmələr üzrə Beynəlxalq Qadınlar Günü mükafatının namizədlərini elan edib.

Bu mükafat hər il müdiriyyət, gənc nəsildə öncül, milli paralimpiya komitəsi və beynəlxalq federasiyalar kimi dörd bölmədə ölkələrin milli paralimpiya komitələrindən hər sahədən olan üstün qadınlarına verilir.

Rəxşani illər boyu paralimpiya sahəsində əlilliyə maik şəxslərə yardım sahəsində, eləcə də öz ixtisas sahəsi olan səhiyyə və sağlamlıq sektorunda diqqətəlayiq fəaliyyətlər göstəribdir.