Ukraynada yaşayan xeyli sayda iranlı döyüş məkanlarından çıxarılıb
https://azeri.sahartv.ir/news/İran-i386442-ukraynada_yaşayan_xeyli_sayda_iranlı_döyüş_məkanlarından_çıxarılıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran səfirliyinin səyləri ilə Ukraynada yaşayan xeyli sayda iranlı döyüş məkanlarından çıxarılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2022 16:32 Asia/Baku
  • Ukrayna
    Ukrayna

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran səfirliyinin səyləri ilə Ukraynada yaşayan xeyli sayda iranlı döyüş məkanlarından çıxarılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə həmçinin Ukraynada yaşayan iranlıların çıxarılmaları üçün Tehran-Buxarest, sonra isə ya Varşava və ya Budapeşt istiqamətlərində hava reyslərinin bərqərarı ehtimalından xəbər verib və belə deyib: Bəzi xas hallar qalıb və Ukraynada qalmış iranlıların bu ölkə ilə qonşu ölkələrin sərhədlərinə köçürülmələrinə səy göstərilir.

İran Xarici İşlər Nazirliyi sözçüsünün dediyinə görə, üç yüzə yaxın iranlı tələbə Polşa paytaxtında məskunlaşdırılıb.