Qəribabadi: "İran üzrə xüsusi məruzəçinin təyin edilməsi siyasi motivlidir"
-
Qəribabadi
İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini və İnsan Haqları üzrə Ali Şurasının katibi BMT-nin İran üzrə xüsusi məruzəçi təyin etməsini az sayda ölkənin siyasi motivləri əsasında və siyasi təzyiq vasitəsi kimi dəyərləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, Kazim Qəribabadi Cenevrədə BMT-nin İnsan Haqları mövzusunda 49-cu Konfransı çərçivəsində bu təşkilatın İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet ilə görüşdə deyib ki, BMT-nin İran üzrə təyin olunmuş məruzəçisi qeyri-real hesabatlar hazırlayaraq, praktiki olaraq, siyasi bir alətə çevrilib və insan hüquqları üzrə məruzəçilər üçün müəyyən edilmiş bütün qaydalardan kənara çıxaraq, onun vəzifələri ilə zidd olan sahələrə daxil olub.
O, bildirib ki, BMT-nin xüsusi məruzəçisi əlləri İran xalqının qanına bulaşmış terrorçu qrupların yalan xəbərlərini yayan kanala çevrilib.
"Həmin terror qruplaşmasının üzvləri indi xüsusi məruzəçinin təyin edilməsinə dair qətnamə layihəsinin müəllifləri olan ölkələrin paytaxtlarında sərbəst şəkildə gəzir və İran xalqına qarşı fəaliyyət göstərirlər", -deyə Qəribabadi əlavə edib.