Mart 04, 2022 15:06 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzdə dünən gecə bildirib ki, Vyana müzakirələri davam etməkdədir. O, qeyd edib ki, bütün mühüm məsələlərin yerdə qalacağı zamanadək heç kəs deyə bilməz ki, razılaşma əldə olunub.

SəhərAzəri-nin məlumatına əsasən, Tvitterdə "vaxtından qabaq yaxşı xəbərlər yaxşı razılaşmanın yerini tuta bilməz"- vurğulayan Səid Xətibzadə əlavə edib ki, hazırda hamı yekun həlledici addımlar üzərində təmərküzləşibdir.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian çərşənbə günü Çinin xarici işlər naziri “Van İ” ilə telefon söhbətində qeyd etmişdi ki, İran indiyədək mövzuların çözülməsi üçün bir çox təşəbbüs irəli sürüb və hazırda razılaşmaya çatmaq,/ qərbli tərəflərin siyasi qərarları və real baxışlarını tələb edir.

Vyanadakı müzakirələr İranın müzakirə komandasının təşəbbüslərinə görə, müəyyən irəliləyişlərin şahidi olub, amma qərbli tərəflərin, xüsusən Co Baydenin hökumətinin ABŞ-ın keçmiş hökumətinin qanunsuz hərəkətlərinin əvəzini çıxmaq istiqamətində ehmal etmələri və maksimum təzyiq kampaniyasının davam etməsi, bu ölkənin nüvə anlaşmasına qayıdışda ciddi olmasında tərəddüdlərə və danışıqlar prosesinin uzanmasına gətirib çıxarıbdır.

Teqlər