“Bərəkət” barədə ilk klinik tədqiqat məqaləsi çap edilib
-
“Bərəkət”
Dünyanın mötəbər jurnallarından olan «Clinical Microbiology and Infection» jurnalında İranın “Kovo İran Bərəkət” vaksini barədə ilk klinik tədqiqat məqaləsi çap edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Bu məqalənin adı, “Kovo İran Bərəkət” vaksininin korona virusunun nigaranedici variantları üzərində zərərsizləşdirici xasiyyətinin dəyərləndirilməsi”dir.
Jurnalın iddiasına görə, təsir əmsalı baxımından, bu jurnal infeksion xəstəliklər sahəsində dünyanın ən üstün beş jurnalı sırasında durur.
Bu məqalədən əlavə, İranın “Kovo İran Bərəkət” vaksini barədə beş digər klinik tədqiqat məqaləsi çap edilmək ərəfəsindədir.
Bundan öncə ön klinik araşdırmaların nəticələri çap olunubdur. Həmçinin omikron ştammının heyvanlar üzərində araşdırması periprint formasında çap edilib.